Aladdin.az - a xoş gəlmisiniz!!




Çatdırılma şərtləri


Çatdırılma xərci nə qədərdir?
Müştəri məmnuniyyətinə böyük önəm verən "aladdin.az" internet-mağazası ondan sifariş edən müştərisinə bir sıra satış sonrası xidmətlər təklif edir. Onlardan biri də ÇATDIRILMA XİDMƏTİDİR. Çatdırılma Müştəri tərəfindən məhsulun alınması prosesini tamamlayan bir xidmətdir. aladdin.az internet-mağazasında bu xidmət məsafədən asılı olaraq pulsuz və ya ödənişli ola bilər.
Çatdırılma xərci:
- Bakıda şəhərdaxili(28 May,Sahil,Nərimanov,Gənclik və s.) çatdırılma Pulsuzdur.
- Metro olmayan digər ərazilərdə isə çatdırılma (Bakı və Abşeron) 2-15 AZN arası dəyişir.
- Regionlara çatdırılma - poçt vasitəsi ilə həyata keçirilir Pulsuzdur
Çatdırılma sifarişin təsdiqləndiyi gündən sonrakı gün reallaşdırılır.

Qeyri-iş günləri (şənbə və ya bazar) çatdırılma mümkündürmü?  (Bəli)

Sifarişin çatdırılmasına başlanıldıqdan sonra onun harada olduğunu necə öyrənmək olar?
Sifarişin çatdırılmasına başlamazdan öncə internet-mağazanın müştəri xidməti üzrə əməkdaşı sifarişin yekun təsdiqi və çatdırılma ünvanını dəqiqləşdirmək üçün müştəri ilə əlaqə saxlayır.
Çatdırılmaya məsul əməkdaşımız isə ünvana yetişməyə 30 dəqiqə qalmış ünvanı dəqiqləşdirmək üçün müştəriyə zəng edir. Sifariş müştəriyə çatanadək o, qeyd olunan zəngləri qəbul etməyə hazır olarsa, sifarişinin harada olduğunu təqib edə bilər.

Çatdırılma gününü və ünvanını dəyişmək olarmı?
Bu mümkündür. Lakin müştəri bunu edəcəyi zaman mütləq internet-mağazanın müştəri xidməti üzrə nümayəndəsinə öncədən zəng etməli və dəyişiklik barəsində internet-mağazanı xəbərdar etməlidir.

Sifariş çatdırılıb təhvil verilərkən müştəri nələrə diqqət yetirməlidir?

- Yarana biləcək hər hansı sual ilə bağlı sürücü-daşıyıcı ilə deyil, internet-mağazanın müştəri xidməti üzrə nümayəndəsi ilə əlaqə saxlamaq lazımdır.

DİQQƏT!!! SİFARİŞİN LƏĞV EDİLMƏSİ
Əgər müştəri sifarişi təsdiq edibsə, lakin çatdırılma ərəfəsində hər hansı səbəbdən (telefon sönüb, şəbəkə xidməti xaricindədir və s.) telefon zənglərinə cavab vermirsə, çatdırılma ünvanında heç kim yoxdursa (qapı zənginə heç kim cavab vermir) və ya müştərinin verdiyi ünvan yanlışdırsa (həmin adda ev, küçə mövcud deyilsə və s.):
1. Sürücü-daşıyıcı 15 dəqiqə ərzində qeyd olunan ünvanda müştərini gözləyəcək.
2. İnternet-mağazanın müştəri xidməti üzrə nümayəndəsi müştəriyə yoxlama zəngi edəcək.
3. Əgər Müştərinin telefonu 15 dəqiqə ərzində çağrılara cavab verməzsə, internet-mağazanın ofisindən sürücü-daşıyıcıya çatdırılma ünvanını tərk etmək barədə göstəriş veriləcək.
4. Yekunda Müştərinin Sifarişi ləğv ediləcək.






Whatsp icon